12:17
6°C
Bakı
Yaponiyanın qərb sahilindəki İşikava prefekturasında qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə NHK məlumat yayıb.
Qeyd olunur ki, prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar yağıb.
Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb, qarda yıxılma nəticəsində isə dörd nəfər xəstəxanalara müraciət edib.