Torpaq sürüşməsi oldu - Çox sayda itkin düşən var
Dünya
45
10:20, Bu gün

Torpaq sürüşməsi oldu - Çox sayda itkin düşən var

İndoneziya hakimiyyəti Qərbi Yava vilayətinin yaşayış məhəlləsində baş vermiş sürüşmə nəticəsində 10 nəfərin həlak olduğu, 80 nəfərin isə itkin düşdüyü hadisə ilə bağlı axtarış-xilasetmə tədbirlərini bərpa edib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ötən şənbə günü səhər saatlarında baş verən sürüşmə bir gün öncə başlayan leysan yağışları səbəbindən yaranıb. Meteorologiya agentliyi bildirib ki, yağıntılar həm vilayətdə, həm də ölkənin digər bölgələrində bir həftə ərzində davam edə bilər.

Link kopyalandı!
Son xəbərlər