Argentinada 20 yaşlı qadın hakim futbol matçından sonra döyüldü
Dünya
21
08:10, Bu gün

Argentinada 20 yaşlı qadın hakim futbol matçından sonra döyüldü

Argentinada 20 yaşlı qadın hakim Viktoriya Krus futbol matçından sonra hücuma məruz qalıb.

Moderator.az bu barədə "Sport Baza" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Krus həvəskarlar liqasının pley-off matçını idarə edib. Final fitindən sonra azarkeşlər ona hücum edib, yerə yıxıb, saçından tutub və başına bir neçə dəfə yumruq vurublar. Qadın bir müddət huşunu itirib. Xəstəxanada ciddi xəsarətlər aşkar edilməyib.

Hakimi müdafiə etməyə çalışan futbolçulardan birinin də hücuma məruz qaldığı bildirilir. Oyunçu xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır, hücum edən şəxslərin kimliyini müəyyən edir.

Link kopyalandı!
Son xəbərlər