Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı – SİYAHI
Dünya
93
24 Jan 2026 | 23:53

Dünyada əhalisi ən çox yatan ölkələr açıqlandı – SİYAHI

Hər ölkənin özünəməxsus həyat ritmi və buna uyğun formalaşan yuxu rejimi mövcuddur. 
 
Moderator.az xəbər verir ki, qlobal məlumat platformalarının son statistikası dünyada ən çox yatan ölkələri üzə çıxarıb. 
 
Araşdırmaya görə, bəzi ölkələrdə "siesta" kimi gündüz yuxusu ənənələri ümumi yuxu müddətini artırır. Digər ölkələrdə isə gec saatlara qədər davam edən sosial həyat gecə yuxusunun azalmasına səbəb olur. Mütəxəssislər bildirir ki, yuxu müddəti təkcə bioloji ehtiyac deyil, eyni zamanda mədəni və sosial faktorlarla da sıx bağlıdır.
 
Statistikaya əsasən, dünyanın ən çox yatan ölkələri bunlardır:
 
Niderland - təxminən 8 saat 5 dəqiqə
Yeni Zelandiya - təxminən 8 saat 4 dəqiqə
Fransa - təxminən 8 saat 3 dəqiqə
Avstraliya - təxminən 8 saat 1 dəqiqə
Belçika - təxminən 8 saat 1 dəqiqə
Kanada - təxminən 7 saat 58 dəqiqə
Birləşmiş Krallıq - 7 saat 54 dəqiqə
ABŞ - təxminən 7 saat 52 dəqiqə
Yaponiya - təxminən 7 saat 30 dəqiqə
Sinqapur - təxminən 7 saat 24 dəqiqə
 
Rəsmi məlumatlara əsasən, Türkiyədə orta yuxu müddəti 6,8 saat təşkil edir. Bu göstərici ilə Türkiyə dünya üzrə yuxu reytinqində 20-25-ci yerlər arasında qərarlaşıb. 
 
Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli yuxu azlığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər. (olke.az)
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər