Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı
Dünya
49
19:40, Bu gün

Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə üçtərəfli görüş zamanı birbaşa əlaqə saxlayıblar.
 
Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat verib.
 
Məlumata görə, müzakirələr konstruktiv və müsbət atmosferdə keçib. İkigünlük danışıqlar zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ sülh planındakı mühüm məsələləri müzakirə ediblər.
 
Qeyd olunub ki, danışıqlar hərtərəfli razılaşmaya doğru irəliləyişi asanlaşdırmağa yönəlmiş etimad tədbirlərini də əhatə edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər