KİV: Çin Arktikaya geosiyasi rəqabət meydanı kimi baxmır
Dünya
45
12:13, Bu gün

KİV: Çin Arktikaya geosiyasi rəqabət meydanı kimi baxmır

Çin Arktika bölgəsini böyük güclər arasında geosiyasi rəqabət meydanı kimi görmür.

Moderator.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti yazıb.

Məqalədə deyilir ki, Çinin nöqteyi-nəzərindən, Arktika gələcəkdə geosiyasi rəqabət meydanı deyil, iqlim dəyişikliyi və davamlı inkişaf üzrə beynəlxalq əməkdaşlığa yönəlmiş bölgə olmalıdır. Yazıda bildirilir ki, ABŞ hökumətinin Çinin Qrenlandiyanı təhdid etdiyi barədə iddiaları "təkzib üçün belə, sadəcə, çox absurddur", Çinin orada nəinki rəsmi qurumları və rezident şirkətləri, heç bir investisiya layihəsi də yoxdur.

Adadakı "Çinin mövcudluğu" dəniz məhsulları üzrə ixtisaslaşmış yerli şirkətlər tərəfindən işə götürülmüş təxminən 30 Çin vətəndaşından ibarət qrupla məhdudlaşır.

Nəşr Çinin Qrenlandiya ilə ticarət və turizm əlaqələrinin də fövqəladə dərəcədə intensiv olmadığına nümunələr gətirir. Məqalədə qeyd olunur ki, "Çin nə faktiki, nə də siyasi baxımdan Qrenlandiya üçün heç bir təhlükə yaratmır. Əslində, Çin orada ədalətsiz məhdudiyyətlərə məruz qalır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər