10:19
4°C
Bakı
ABŞ ordusu Sakit okeandakı gəmilərdən birinə zərbə endirib.
Bu barədə ABŞ-nin Cənub Komandanlığı öz sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, gəmi narkotik qaçaqmalçıları tərəfindən idarə olunub.
"ABŞ-nin hərb naziri Pit Heqsetin rəhbərliyi altında "Cənub nizəsi" adlı birləşmiş əməliyyat qrupu terrorçu kimi təyin olunmuş təşkilatlar tərəfindən idarə olunan gəmiyə ölümcül zərbə endirib".
Gəminin məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyi bildirilir.
Zərbə nəticəsində iki nəfər həlak olub.