Adolf Hitlerin müəllifi olduğu 2 akvarel Britaniyada hərraca çıxarılıb.
Moderator.az xəbər verir ki, “Hutchinson Scott” hərracına çıxarılan rəsmlər 1909–1910-cu illərə aiddir.
Tablolardan biri tüstü borusu olan ikimərtəbəli evi əks etdirir. Digərində isə Avstriya kəndlərindən birində yerləşən günbəzli kilsə təsvir olunub.
Hərracın yekununda hər iki akvarel 5 min 750 avroya alıcı tapıb. Eyni satış zamanı Hitlerin müxtəlif dövrlərdə çəkdiyi yağlı boya, akvarel və qrafik işlərinin toplandığı “Hitler rəssam və qrafik ustası” adlı kataloq da satışa çıxarılıb və 120 avroya satılıb.


