Türkiyədə zəlzələ baş verdi
Dünya
22
09:45, Bu gün

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 00:24-də Sındırğı rayonunda qeydə alınıb.

Zəlzələ ocağı 11,04 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Link kopyalandı!
Son xəbərlər