149 milyondan çox insanın məlumatları internetə sızdırılıb
Dünya
37
09:12, Bu gün

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

Dünya miqyasında 149 milyondan çox insanın istifadəçi hesablarına aid login və parollar internetə sızdırılıb.

Moderator.az bu barədə "Wired" portalına istinadən xəbər verir.

Məlumata əsasən, "Google Gmail" poçt xidmətinin 48 milyon, "Facebook" sosial şəbəkəsinin 17 milyon və "Binance" kriptovalyuta ticarət platformasının 420 min hesabına aid məlumatlar açıq internetdə peyda olub.

Bundan əlavə, bank kartlarının məlumatları, müxtəlif ölkələrin hökumətlərinin rəqəmsal sistemlərinə giriş açarları və striminq xidmətlərinə aid daxilolma məlumatları tapılıb.

Məlumata görə, şəbəkəyə sızdırılan məlumat bazasının sahibinin kim olduğunu müəyyən etmək mümkün olmayıb.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər