08:39
2°C
Bakı
Vaşinqton meri Muriel Bouser yaxınlaşan qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, Bouser şənbə günü başlaması gözlənilən qar fırtınası üçün lazımi tədbirləri gördüklərini vurğulayaraq vətəndaşları nəqliyyat vasitələrini əhəmiyyətli yollarda saxlamamağa və mütləq zərurət olmadığı təqdirdə qapalı məkanları tərk etməməyə çağırıb.
Qar fırtınasının bu həftə sonu ölkənin şərq sahillərinə də çatacağı gözlənilir.
Proqnozlara görə, fırtınanın gətirdiyi qar və buzun həftə sonu ərzində şərqə doğru hərəkət edəcəyi və Texasdan Yeni İngiltərəyə qədər təxminən 3000 kilometr məsafəni əhatə edəcəyi gözlənilir.