Hakan Fidan: Netanyahu Ərdoğanın Sülh Şurasına üzv olmasına qarşı idi
Dünya
103
23 Jan 2026 | 23:45

Hakan Fidan: Netanyahu Ərdoğanın Sülh Şurasına üzv olmasına qarşı idi

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Qəzza üzrə Sülh Şurasına üzv olmasına qarşı idi, o, Qəzzanın İdarə Heyətində mənim iştirakımın da əleyhinə olub.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının canlı yayımında bildirib.

Onun sözlərinə görə, İsrail indi də Qəzza zolağının yenidən qurulmasında Türkiyənin iştirakına qarşıdır. "Amma Prezident Ərdoğan bildirib ki, Fələstində problemlərin həlli üçün lazım olan hər şeyi edib" , - H.Fidan qeyd edib.

Nazir vurğulayıb ki, uyğun şərait yaransa, Türkiyə bölgəyə hərbi, sülhməramlı yardımı da göstərə bilər. "Bundan əvvəl isə hərbi yardıma diplomatik yolla zəmin yaratmağa çalışırıq" , - o deyib.

Türkiyənin xarici işlər naziri HƏMAS-ın silahsızlaşdırılmasına da münasibət bildirib. "Tərk-silah yol xəritəsində var, amma HƏMAS üzvləri bəyan edirlər ki, xalqın təhlükəsizliyi sığortalansa, insanlar ac qalmasa, silahı mərhələli formada təslim edə bilərik" , - nazir qeyd edib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər