23:15
3°C
Bakı
Rusiya, Ukrayna və ABŞ nümayəndələri Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar zamanı, o cümədən bufer zonalar və müxtəlif nəzarət mexanizmləri mövzularını müzakirə edirlər.
Moderator.az bildirir ki, bu barədə TASS agentliyi öz mənbəsinə istinadən xəbər verir.
"Bəli, bu aspektlər: bufer zonalar, müxtəlif nəzarət mexanizmləri, şübhəsiz ki, görüşün müzakirə mövzularıdır", - deyə agentliyin həmsöhbəti vurğulayıb.
O əlavə edib ki, tərəflər üçtərəfli münasibətlər çərçivəsində digər mövzuları da müzakirə edirlər. Lakin onların konkret olaraq hansılar olduğu dəqiqləşdirilməyib.