Çexiyalı iş adamı Mixal Strnadın sərvəti "Czechoslovak Group" (CSG) müdafiə konserninin birjaya çıxmasından sonra 37 milyard dollara yüksəlib və o, dünyada müdafiə sahəsinin ən zəngin iş adamı olub.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" agentliyi statistikaya istinadən məlumat yayıb.
Həmçinin 33 yaşlı sahibkar planetin 40 yaşdan aşağı ən zəngin insanları arasında üçüncü pilləni tutub.
"Czechoslovak Group" NATO ölkələri və Ukrayna üçün artilleriya sursatlarının əsas Avropa istehsalçılarından biridir. Bundan əlavə, CSG artilleriya, zirehli maşınlar və yük avtomobilləri də daxil olmaqla ağır hərbi texnikanın istehsalı və modernləşdirilməsi istiqamətini aktiv şəkildə inkişaf etdirir. Hazırda şirkətdə təxminən 14 min insan çalışır.