Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın hazırda regional məsələlərlə məşğul olmaq istəmədiyini və Suriyanın daxili problemləri həll olunduqdan sonra bölgədə qalmaq üçün bir səbəbinin olmadığını vurğulayıb.
Moderator.az “Suriya hökuməti İŞİD-lə mübarizədə ciddi olduğunu göstərmək üçün beynəlxalq koalisiyaya qoşuldu və bu, Vaşinqtonda imzalanan razılaşma ilə rəsmiləşdi. Sonrakı mərhələ isə bunun praktikada həyata keçirilməsi idi. ABŞ-ın yeni siyasəti regional problemlərdə birbaşa rol almamaq, məsuliyyəti bölgə ölkələrinə verməkdir və bu yanaşma bizim bölgə siyasətimizlə üst-üstə düşür. Türkiyənin İŞİD-lə mübarizədəki mövqeyi, Suriyanın ərazi bütövlüyünə verdiyi önəm və azlıqların hüquqlarına yanaşması nəzərə alındıqda, ABŞ-ın bölgədə qalması üçün əlavə bir səbəb qalmır” - Hakan Fidan qeyd edib.