Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
Dünya
23
22:40, Bu gün

Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb

Suriya qoşunları ölkənin şimalındakı Rakka əyalətində yerləşən "Əl-Aktan" həbsxanasını nəzarət altına alıb.

Moderator.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ərəb respublikasının Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Daha əvvəl sözügedən həbsxana "Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən idarə olunurdu. Həmin həbsxanada İŞİD yaraqlıları saxlanılırlar.

Suriya DİN əməkdaşları məhbusların sənədlərini araşdırmağa başlayıblar. Həbsxananın mühafizəsi və asayişin qorunması üçün xüsusi qruplar yaradılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər