22:55
5°C
Bakı
Suriya qoşunları ölkənin şimalındakı Rakka əyalətində yerləşən "Əl-Aktan" həbsxanasını nəzarət altına alıb.
Moderator.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ərəb respublikasının Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Daha əvvəl sözügedən həbsxana "Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən idarə olunurdu. Həmin həbsxanada İŞİD yaraqlıları saxlanılırlar.
Suriya DİN əməkdaşları məhbusların sənədlərini araşdırmağa başlayıblar. Həbsxananın mühafizəsi və asayişin qorunması üçün xüsusi qruplar yaradılıb.