Hakan Fidan:
Dünya
40
22:30, Bu gün

Hakan Fidan: "Hazırda İŞİD məhbuslarının Suriyadan İraqa təxliyəsi gündəmdədir"

“Hazırda İŞİD məhbuslarının Suriyadan İraqa təxliyəsi gündəmdədir”.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir bildirib ki, hazırda məsələ ilə bağlı müzakirələr aparılır, sahədəki vəziyyət isə olduqca həssasdır. Çünki orada ABŞ-ın hərbi mövcudluğu və İŞİD məhbusları var.

“Hadisələri anbaan, günbəgün izləyən biri kimi deyə bilərəm ki, hazırda İŞİD məhbuslarının Suriyadan İraqa təxliyəsi gündəmdədir. Belə bir prosesin getdiyi dövrdə atəşkəsin bir müddət də uzadılması ehtimalı ortaya çıxa bilər”, - nazir qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər