Dünya
85
21:00, Bu gün

"Dünya mənasız təlxəklərdən yorulub": Abbas Araqçı Zelenskini təhqir etdi" - KİV-lər

"Tehranın ritorikası Kremlin xətti ilə üst-üstə düşür..."

Ukrayna prezidenti Vladimir Zelenskinin Davos İqtisadi Forumunda səsləndirdiyi fikirlər İranda kəskin narazılıqla qarşılanıb. 

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Davosdan başlayan polemika

Nəşr yazır ki, Zelenski çıxışında beynəlxalq ictimaiyyəti İranda insan haqlarının pozulmasına göz yummaqda ittiham edərək bildirib ki, "əgər zorakı rejim sağ qalırsa, bu, bütün xuliqanlara aydın mesajdır: kifayət qədər insan öldür və hakimiyyətdə qal". Ukrayna liderinin bu sözləri Tehranda ölkənin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirilib və diplomatik müstəvidə yeni gərginliyə yol açıb.

Araqçıdan sərt ritorika və şəxsi hücumlar

İranın xarici işlər naziri Abbas Araqçı "X" sosial şəbəkəsində Zelenskini birbaşa hədəfə alan emosional paylaşım edib. O, yazıb ki, "dünya orduları xarici muzdlu və yardımdan asılı olan mənasız təkxəklərdən yorulub".

Araqçının iddiasına görə, Zelenski ABŞ və Avropa vergiödəyicilərinin vəsaitlərini "korrupsiyaya uğrayan" generallarının ciblərini doldurmaq" üçün xərcləyir və eyni zamanda Vaşinqtonu BMT Nizamnaməsini pozaraq İrana qarşı "qanunsuz təcavüzə" çağırır.

İran XİN rəhbəri xüsusilə vurğulayıb ki, Tehranın silahlı qüvvələri Ukraynadan fərqli olaraq xarici yardıma möhtac deyil və ölkəni "öz gücü ilə" müdafiə edə bilir.

Kreml üslubu və ortaq ritorika

Zelenskinin "təlxək" adlandırılması ritorikası Rusiyada uzun müddətdir istifadə olunur və Kremlə yaxın dairələrin əsas tezislərindən biridir. İrandan gələn bu cür ifadələr isə Moskva ilə Tehran arasında siyasi və ideoloji yaxınlığın dərinləşdiyini göstərir. Hər iki ölkə Qərbin tənqidlərinə qarşı aqressiv dilə üstünlük verir, Ukrayna müharibəsi fonunda isə Zelenski fiquru bu ritorikanın mərkəzində yer alır.

Daxili böhran fonunda xarici düşmən axtarışı

Analitiklərin fikrincə, Araqçının bu açıqlaması təkcə Ukraynaya cavab deyil, həm də İran daxilində davam edən sosial narazılıqlar və beynəlxalq təzyiqlər fonunda diqqəti xarici düşmənə yönəltmək cəhdidir.

Tehran üçün Zelenskinin tənqidləri rəmzi hədəfə çevrilib və bu, İranın Qərblə münasibətlərində daha sərt xətt tutduğunu göstərir. Nəticədə, fərqli maraqlara malik olsalar da, Moskva və Tehran Ukrayna məsələsində eyni ritorik platformada birləşir və Qərbə qarşı ümumi mövqe sərgiləyirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər