Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Estoniya Qılıncoynatma Birliyinə 2026-cı ilin iyun ayında Tallində keçirilməsi planlaşdırılan Avropa çempionatına ev sahibliyi etmək hüququnun Fransaya verildiyini bildirib.
Moderator.az bildirir ki, bu barədə Estoniya Qılıncoynatma Birliyinin baş katibi Ayvar Paalberq məlumat verib.
Belə ki, qərar yanvarın 14-də verilib, lakin Estoniya tərəfinə bu barədə yalnız indi deyilib.
Estoniya 2024-cü ildə Avropa çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. Lakin ötən ilin noyabr ayında neytral status alan idmançılar üçün qaydalar və tələblər dəyişdirilib.
Yenilənmiş qaydalara əsasən, təcavüzkar ölkələrin idmançıları üçün neytral status almaq xeyli sadələşdirilib. Estoniya Qılıncoynatma Birliyinin məlumatına görə, bu dəyişikliklər turnirin təxirə salınması qərarında əsas amil olub.