20:33
5°C
Bakı
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısı çərçivəsində Böyük Brityaniya, İspaniya və İtaliydan olan həmkarları ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin "X" hesabında yayılıb.
Bildirilib ki, Böyük Britaniyanın Baş Qərargah rəisi Riçard Nayton, İspaniyanın Baş Qərargah rəisi Teodoro Lopez Kalderon və İtaliyanın Baş Qərargah rəisi Luçano Portolano ilə ikitərəfli görüşlər keçirilib.
Belçiklanın paytaxtı Brüsseldə baş tutan görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.