Dünya
35
20:15, Bu gün

"Apokalipsis" filminin qəhrəmanı həbs edildi

Mel Gibsonun "Apokalipsis" filmindəki "Yaquar pəncəsi" rolu ilə daha çox tanınan aktyor Rudi Yanqblad ABŞ-nin Texas ştatında narkotik saxlama və ticarəti ittihamı ilə həbs edilib.

Moderator.az bu barədə TMZ portalına istinadən xəbər verir.

Yanqbladın üzərində birdən dörd qrama qədər miqdarda qadağan olunmuş maddə aşkar edilib.

Buna görə onu iki ilə qədər həbs müddəti və ya 10 min dollar məbləğində cərimə gözləyir.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında 43 yaşlı artist məişət zorakılığına görə həbs olunmuşdu.

Apokalipsis filminin qəhrəmanı həbs edildi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər