Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var
Dünya
88
19:50, Bu gün

Kolumbiyada gecə klubuna qumbara atıldı: Ölən və xeyli yaralı var

Kolumbiyanın paytaxtı Boqota şəhərində gecə klubunda baş verən qumbara partlaması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı klubda işləyən 72 yaşlı ofisiant ölüb, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

"Motosikletli bir qrup şəxs Boqotanın mərkəzində cinayətkarlığın çox olduğu Santa Fe rayonunda gecə klubuna qumbara atıb", - deyə xəbərdə bildirilir.

Hadisənin başvermə səbəbi araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər