KİV: İlon Mask böyük siyasətə qayıdır
Dünya
47
17:37, Bu gün

KİV: İlon Mask böyük siyasətə qayıdır

Məşhur sahibkar İlon Mask böyük siyasətə qayıdır və 2026-cı ildə ABŞ-də keçiriləcək aralıq seçkidə respublikaçıların kampaniyasını maliyyələşdirməyə hazırdır.

Moderator.az xəbər verir bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, dünyanın ən varlı adamı artıq Respublikaçı Senat namizədinə 10 milyon dollar bağışlayıb və ABŞ Prezidenti Donald Trampla gərgin münasibətlərini düzəltməyə başlayıb.

Qeyd olunur ki, son həftələrdə Maskın siyasi komandası rəqəmsal layihələr və mesajlaşma üzərində işləmək üçün potensial podratçılarla görüşlər keçirib.

Nəşrin məlumatına görə, Mask 2024-cü ildə Trampı və respublikaçıları dəstəkləmək üçün təxminən 300 milyon dollar xərcləyərək, ABŞ-nin ən böyük ictimai-siyasi donoruna çevrilib.

Qeyd olunur ki, hazırkı yaxınlaşma praqmatik ittifaq kimi qiymətləndirilir və Maska Administrasiya və Ağ Ev üzərində təsir kanalını saxlamağa, öz resurslarına və texniki infrastrukturuna çıxış əldə etməyə imkan verir.

Mask 2025-ci il yanvarın 20-dən ABŞ Hökumət Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib, lakin 130 gün işlədikdən sonra vəzifəsini tərk edib. O, faktiki olaraq Trampın yaxın çevrəsinin üzvü sayılıb.

Yerli mətbuatın məlumatına görə, prezidentlə iş adamı arasındakı münasibətlər bir sıra səbəblərə görə, o cümlədən Maskın biznes maraqları ilə bağlı səbəblərə görə pisləşməyə başlayıb.

Tərəflər dəfələrlə sosial mediada bir-birinin ünvanına ciddi ittihamlar səsləndiriblər. Mask sonradan Tramp haqqında sərt fikirlərinə görə peşman olduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər