17:44
5°C
Bakı
Ekvadorda futbol matçı zamanı polis geyimində olan beş şəxs bir nəfəri öldürüb.
Moderator.az-ın məlumatına görə, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb.
Belə ki, polis formasında olan şəxslər meydana daxil olublar. Daha sonra oyunçular nə baş verdiyini bilməyərək otların üstünə yıxılıblar. "Polis"lər futbol oynayan şəxslərdən birinə hücum ediblər, onu döyüblər, başını çəkmələri ilə yerə dirəyiblər və atəş açıblar.
Özlərini polis kimi təqdim edən silahlı şəxslər digər oyunçulara yaxınlaşıb üzlərini yoxlayıblar.
Silahlı hücum həyata keçirən şəxslər qətl törətdikdən sonra tez bir zamanda hadisə yerindən qaçıblar. Sağ qalan yeddi oyunçu təşvişə düşüb və öldürülmüş yoldaşlarının cəsədini orada qoyaraq meydandan qaçıb.