İspaniyada qatarın relsdən çıxmasının əsas səbəbi dəmiryol xəttindəki çatlar olub.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Dəmir Yolu Qəzalarının Araşdırılması Komissiyası (CIAF) məlumat yayıb.
"Komissiyanın məlumatına görə, qatarının yoxlanılması zamanı 2, 3, 4 və 5 nömrəli vaqonların sağ təkərlərinin relslə təmas səthində yarıqlar aşkar edilib. Bu, təkərlərdəki zədələnmələr və müşahidə edilən rels deformasiyası ilə uyğun gəlir. Relsdəki çatın qəzaya uğrayan qatarın keçidindən əvvəl olduğu və buna görə də nəqliyyat vasitəsinin yolundan çıxdığı güman edilə bilər", - deyə komissiyanın hesabatında bildirilib.
Xatırladaq ki, qəza yanvarın 18-də Adamus şəhəri yaxınlığında (Əndəlüs muxtar icması) baş verib. Malaqadan Madridə gedən təxminən 300 nəfəri daşıyan qatar relsdən çıxıb və Madriddən Huelvaya gedən qatarın hərəkət etdiyi yola çıxıb. Nəticədə qatarlar toqquşub və ikinci qatar da relsdən çıxıb. Hadisə zamanı 45 nəfər ölüb.