17:33
6°C
Bakı
Ukrayna bu il 15 milyard dollarlıq ABŞ istehsalı olan silah və hərbi texnikaya ehtiyac duyur.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın NATO yanındakı missiyasının rəhbəri Alena Qetmançuk “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün xüsusilə hava hücumundan müdafiə vasitələri, o cümlədən “Patriot” və “NASAMS” sistemləri vacibdir. Qetmançuk qeyd edib ki, bu sistemləri verə biləcək ölkələrin dəqiq siyahısı mövcuddur.
“Bu istiqamətdə intensiv işi davam etdiririk, çünki “PURL” təşəbbüsü çərçivəsində bu il üçün formalaşmış ehtiyac 15 milyard dollar təşkil edir”, — o vurğulayıb.