Ermənistan parlamentinin sədri gələn ay Rusiyaya səfər edəcək
Dünya
58
17:10, Bu gün

Ermənistan parlamentinin sədri gələn ay Rusiyaya səfər edəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı erməni spikerin Rusiya Federasiyasına fevralın 5-6-na planlaşdırılan rəsmi səfərinin təfərrüatları müzakirə edilib.

Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə aid digər məsələlərə də toxunulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər