Zelenski Əbu-Dabi danışıqlarında iştirak edən heyətin tərkibini genişləndirib
Dünya
38
17:00, Bu gün

Zelenski Əbu-Dabi danışıqlarında iştirak edən heyətin tərkibini genişləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidəki danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibini genişləndirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "Glavkom" nəşri məlumat verib.

Heyətə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskini də daxil edilib.

"Əbu-Dabidəki danışıqlar üçün komandanı genişləndirdim. Skibitskinin də göndərilməsini xahiş etdim ki, görüşlərdə hərbi kəşfiyyat nümayəndəsi də olsun", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, qrupda bunadək Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirilo Budanov, Ofisin rəhbərinin birinci müavini Sergey Kislitsa, "Xalqın Xidmətçisi" parlament fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil olunurdular.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər