Bizi sosial şəbəkələrdən izləyin:
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar artıq başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Əbu-Dabidə sülh danışıqları artıq başlayıb. Lakin Rusiya və Ukrayna nümayəndələrinin eyni otaqda olub-olmadığını hələ bilmirik", - deyə kanal bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner ilə görüşü baş tutmuşdu. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət olduqca məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı olub. Əsas mövzusu Ukrayna nizamlanması olan danışıqlar təxminən dörd saat davam edib. Moskva və Vaşinqton yanvarın 23-də Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun təhlükəsizlik məsələləri üzrə ilk iclasının keçirilməsi barədə razılığa gəliblər.
Rusiya danışıqlar qrupuna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edəcək, Rusiya nümayəndələri yaxın saatlarda BƏƏ-yə yola düşəcəklər. Prezidentin köməkçisinin sözlərinə görə, qrupun tərkibinə Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxildir.