Qvineya prezidenti hökuməti istefaya göndərdi
Dünya
241
13:16, Bu gün

Qvineya prezidenti hökuməti istefaya göndərdi

Qvineya Prezidenti Mamadi Dumbuyanın fərmanı ilə Baş nazir Amadu Uri Banın rəhbərlik etdiyi keçid hökuməti istefaya göndərilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Guinea 360" xəbər portalı məlumat yayıb.
 
Dövlət başçısı nazirliklərin rəhbərlərinə yeni hökumət təyin olunana qədər cari işlərə davam etməyi tapşırıb. Yeni kabinet tərkibinin və onun rəhbərinin adının yaxın günlərdə açıqlanması gözlənilir.
 
M.Dumbuya cəmi bir həftə əvvəl Qvineya prezidenti vəzifəsini icra etməyə başlayıb. O, 28 dekabr 2025-ci ildə ölkədə keçirilən seçkilərdə qalib gəlib. Qvineyada prezidentlik müddəti yeddi ildir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər