İspaniya Sülh Şurasında iştirak etməyəcək
Dünya
175
13:09, Bu gün

İspaniya Sülh Şurasında iştirak etməyəcək

İspaniyanın Baş naziri Pedro Sançes ölkənin Sülh Şurasından çıxmaq qərarını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İspaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
 
Baş nazirin sözlərinə görə, bu mövqe Madridin çoxtərəfli qaydalara, beynəlxalq hüquqa və BMT sisteminə sadiqliyini əks etdirir.
 
"Unutmayaq ki, Fələstinin gələcəyi bütövlükdə fələstinlilər tərəfindən müəyyən edilməlidir və onun İsraillə dinc və təhlükəsiz yanaşı yaşaması ilk növbədə İsrail və Fələstinin dialoq prosesi çərçivəsində həll edilməlidir", - deyə P.Sançes qeyd edib.
 
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasının nizamnaməsi imzalanıb. ABŞ Prezidenti Donald Tramp digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası İsrail və radikal HƏMAS hərəkatı arasında Qəzza zolağını idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdə münaqişələrin qarşısının alınması və həlli üzərində də işləməsi gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər