Dünyanın ən böyük şəhərləri şirin su qıtlığından əziyyət çəkirlər
Dünya
247
08:25, Bu gün

Dünyanın ən böyük şəhərləri şirin su qıtlığından əziyyət çəkirlər

Dünyanın təxminən 100 ən böyük şəhərinin yarısı ciddi su qıtlığı ilə üz-üzədir.
 
"The Guardian" nəşri xəbər verir ki, 39 meqapolis su ehtiyatlarının kritik dərəcədə çatışmadığı zonalarda yerləşir.
 
"Watershed Investigations" və "The Guardian" tərəfindən aparılan kartoqrafik təhlil Pekin, Nyu-York, Los-Anceles, Rio-de-Janeyro və Delhini ekstremal su qıtlığı yaşayan şəhərlər kateqoriyasına daxil edib. London, Banqkok və Cakarta isə su ehtiyatlarına yüksək yük düşən şəhərlər qrupunda yer alıb.
 
NASA-nın peyk məlumatlarına əsaslanan araşdırma rütubətin dəyişməsi ilə bağlı uzunmüddətli tendensiyaları üzə çıxarıb. London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, Çennay, Tehran və Çjençjou kimi şəhərlərdə su hövzələri nəzərəçarpacaq dərəcədə quruyur. Eyni zamanda, Tokio, Laqos və Kampala rütubətin artması tendensiyasını nümayiş etdirir. Uzunmüddətli quruma zonalarında yerləşən meqapolislərdə təxminən 1.1 milyard insan yaşayır. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər