Dünya
336
08:20, Bu gün

"Beş ilə süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq" - Mask

Süni intellekt 2030-cu ilin sonu - 2031-ci ilin əvvəlinə qədər bütün bəşəriyyəti intellekt səviyyəsinə görə geridə qoya bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Davos İqtisadi Forumunda amerikalı sahibkar İlon Mask bəyan edib.
 
"Düşünürəm ki, biz artıq bu ilin sonuna qədər, ən gec isə gələn ilin sonuna qədər, istənilən insandan daha ağıllı olan süni intellekt əldə edəcəyik. Daha sonra isə, ehtimal ki, 2030 və ya 2031-ci ildə - yəni, təxminən beş ildən sonra süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq", - deyə Mask bildirib.
 
Amerikalı sahibkar, həmçinin gələcəkdə planetdə insanların sayından daha çox robotun olacağını vurğulayıb. Onun sözlərinə görə, "müsbət ssenari" baş verərsə, süni intellekt və robotlar insanlara bütün zəruri işləri görməkdə kömək edəcəklər: "Əgər milyardlarla insanabənzər robot olarsa və mən düşünürəm ki, onlar olacaq. Hesab edirəm ki, Yer üzündə hər bir insanın belə bir robotu olacaq".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər