23:46
5°C
Bakı
BƏƏ-də Rusiya-Ukrayna-ABŞ arasında üçtərəfli danışıqlarda ərazi məsələsi müzakirə ediləcək.
Moderator.az "Novosti.live" teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Düşünürəm ki, üçtərəfli görüşlərdə biz bir-birimizə variantlar təqdim edəcəyik. Onlar ölkəmizin şərqi ilə bağlıdır. Bu, torpaq məsələsidir", - Ukrayna lideri deyib.
O əlavə edib ki, bununla belə bu məsələ ilə bağlı yekun qərarlar hələ qəbul edilməyib.
Daha əvvəl Zelenski yanvarın 23-24-də BƏƏ-də Rusiya-Ukrayna-ABŞ nümayəndələrinin görüşünün keçiriləcəyini elan etmişdi.