Makronun lüks eynəklərinin istehsalçısının saytı sifariş axınına tab gətirmədi
Dünya
125
22:09, Bu gün

Makronun lüks eynəklərinin istehsalçısının saytı sifariş axınına tab gətirmədi

Fransa Prezidenti Emmanuel Makronun Davosda keçirilən Dünya İqtisadi Forumunda gün eynəyi ilə görünməsi Fransanın "Henry Jullien" lüks brendinə marağın misli görünməmiş dərəcədə artmasına səbəb olub.

Moderator.az "Franceinfo"ya istinadən xəbər verir ki, həmin gün şirkətin saytı prezidentin taxdığı eyni eynəyi almaq istəyənlərin böyük axınına tab gətirməyərək fəaliyyətini dayandırıb.

Xatırladaq ki, yanvarın 15-də Makron İstr strateji aviabazasında çıxışı zamanı gözü qızarmış halda görünüb. Yelisey Sarayında bunun göz damarının partlaması nəticəsində baş verdiyini izah ediblər. Prezident ilk dəfə yanvarın 17-də Yelisey Sarayında keçirilən müşavirədə gün eynəyi ilə ictimaiyyət qarşısına çıxıb.

Yanvarın 20-də isə Makron artıq Davosda "Henry Jullien" brendinin "Pacific S 01" model gün eynəyində çıxış edib.

Link kopyalandı!
Son xəbərlər