KİV: HƏMAS siyasi partiya kimi tanınması qarşılığında tərksilah olmağa razılaşdı
Dünya
50
22:07, Bu gün

KİV: HƏMAS siyasi partiya kimi tanınması qarşılığında tərksilah olmağa razılaşdı

Fələstinin HƏMAS hərəkatı və ABŞ administrasiyası Qəzza zolağında tərksilah olunma və yeraltı tunellərin xəritələrinin təhvil verilməsi məsələsində qruplaşmanın siyasi partiya kimi tanınması müqabilində qarşılıqlı anlaşma əldə edib.

Moderator.az bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı fələstinli mənbəyə istinadən xəbər verir.

Razılaşmalar, həmçinin nəzərdə tutur ki, Qəzza zolağını tərk etmək istəyən siyasi və hərbi liderlər ABŞ tərəfindən təqib olunmadan bunu edə biləcəklər.

Eyni zamanda Vaşinqton "İsrail və ABŞ-nin təhlükəsizlik yoxlamasından keçmək şərtilə HƏMAS-ın bir sıra polis əməkdaşları və keçmiş məmurların Qəzzanın yeni administrasiyasına inteqrasiya olunmasına razılaşıb.

Link kopyalandı!
Son xəbərlər