Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünya
108
21:30, Bu gün

Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində texniki səviyyədə keçiriləcək üçtərəfli görüşdə Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb.

Moderator.az xəbər verir ki, Ukrayn lideri bu barədə Davosda jurnalistlərə danışıb.

Onun sözlərinə görə, Ukrayna tərəfini danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov, Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kislitsa, hakim “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edəcək.

Link kopyalandı!
Son xəbərlər