Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir
Dünya
62
21:00, Bu gün

Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir

Fransa ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmaq dəvətini hələlik qəbul etməyəcək. Buna səbəb qurumun nizamnaməsində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd müddəaların yer almasıdır.

Moderator.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavr brifinqdə bildirib.

Onun sözlərinə görə, Fransa tərəfi “Sülh Şurası”na qoşulmaqla bağlı dəvət aldıqdan sonra sənədin nizamnaməsi ilə tanış olub və bir sıra uyğunsuzluqlar aşkarlanıb.

“Biz bu ‘Sülh Şurası’na qoşulmaq üçün dəvət alanda onun nizamnaməsini nəzərdən keçirdik və gördük ki, bir tərəfdən, sənəddə yalnız Qəzzaya aid olan mandat qeyd edilmir, digər tərəfdən isə nizamnamənin bəzi bəndləri BMT Nizamnaməsinə ziddir”, – deyə Konfavr vurğulayıb.

Fransa XİN-in açıqlamasında qeyd olunub ki, mövcud ziddiyyətlər aradan qaldırılmadığı müddətdə Paris bu təşəbbüsdə iştirak etməyi məqsədəuyğun hesab etmir.

Link kopyalandı!
Son xəbərlər