Vens: Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş var
Dünya
56
20:00, Bu gün

Vens: Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş var

ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində əhəmiyyətli irəliləyiş əldə edib, tərəflər arasında birbaşa danışıqların başlaması faktı isə müsbət dinamikanın göstəricisidir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens 23–24 yanvarda BƏƏ-də Rusiya və Ukrayna arasında gözlənilən təmaslar barədə jurnalistin sualını cavablandırarkən deyib.

"Prezident (ABŞ Prezidenti Donald Tramp - red.) bunu daim bizə deyir. Onun həll etdiyi səkkiz müharibədən bu, ən çətini oldu, halbuki o düşünürdü ki, ən asanı bu olacaq. Onların oturub danışması faktı artıq irəliləyişdir və mən düşünürəm ki, biz burada böyük uğur əldə etmişik", - Vens bildirib.

Link kopyalandı!
Son xəbərlər