Polis Fridrix Mertsin şəxsi təyyarəsini sıradan çıxarmağa çalışanları saxlayıb
Dünya
117
19:27, Bu gün

Polis Fridrix Mertsin şəxsi təyyarəsini sıradan çıxarmağa çalışanları saxlayıb

Almaniyanın qərbindəki Arnsberq şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) polis Kansler Fridrix Mertsin şəxsi təyyarəsinin yerləşdiyi anqarda üç nəfəri saxlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.

Məlumata görə, söhbət 23, 28 və 56 yaşlarında iki qadın və bir kişidən gedir. Onların üçü də Almaniya vətəndaşıdır və iqlim fəalları ilə əlaqələrinin olduğu ehtimal edilir. Vəziyyət onu göstərir ki, saxlanılanlar Mertsin təyyarəsinə zərər vurmaq və təyyarəni çəhrayı rəngə boyamaq niyyətində olublar. Lakin bu baş verməyib.

Polis şəxsi aerodromun yaxınlığında bir avtomobilin saxlanıldığını görüb. Sürücüdən orada nə etdiyini soruşduqda kişi yerli aerodromu axtardığını deyib. Qısa araşdırma onun solçu radikallarla əlaqəsini üzə çıxarıb. Daha sonra polis aerodromda axtarış aparıb və müstəntiqlər daha üç nəfəri aşkar ediblər.

Həmin şəxslərin anqar ərazisinə daxil olmaq üçün hasarı kəsdikləri məlum olub. Arnsberq prokurorluğu "Bild"ə bildirib ki, həbs üçün heç bir əsas olmadığına görə bütün şübhəlilər sərbəst buraxılıblar. Hazırda onlar barəsində şəxsi əraziyə qanunsuz daxil olma və əmlaka zərər vermə faktları üzrə istintaq aparılır. Özlərini "Müqavimət kollektivi" adlandıran qrup daha sonra iddia edib ki, onlar etiraz aktı çərçivəsində Mertsin şəxsi təyyarəsini sıradan çıxarmağa cəhd ediblər.

Link kopyalandı!
Son xəbərlər