NATO Hərbi Komitəsinin sədri, admiral Cuzeppe Draqone qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın dediyi Qrenlandiya ilə bağlı çərçivə sazişi hələ danışıqlar mərhələsindədir.
Moderator.az xəbər verir ki, o, bu barədə Brüsseldə alyansa üzv ölkələrin Silahlı Qüvvələrinin baş komandanlarının iştirakı ilə keçirilən Hərbi Komitənin iclasından sonra mətbuat konfransında deyib.
Bununla yanaşı, C.Draqone əgər təlimat verilərsə, sazişin hərbi komponentini təmin etmək üçün hazır olduğunu bildirib.
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Grinkeviç jurnalistlərə ABŞ-nin Qrenlandiyaya ərazi iddiaları səbəbindən müttəfiqlər arasında gərgin vəziyyətin hərbi əməkdaşlığa necə təsir etdiyi barədə danışıb.
"Bu məsələ ilə bağlı mən bu həftəki sessiyamızı tamamilə hərbi liderlərin diqqətini cəmləməli olduqları mövzuya - yəni Avroatlantik regionun müdafiəsinin və çəkindirmə qabiliyyətinin təmin edilməsinə yönəlmiş kimi xarakterizə edərdim. Bu məsələdə biz vahid mövqedəyik. Bu məsələdə güclü qalırıq. Və, əlbəttə, anlayırıq ki, siyasi müzakirələr davam edir, lakin əldə etdiyimiz məlumata görə, onlarda heç vaxt hərbi məna olmayıb", – o deyib.
Grinkeviçin sözlərinə görə, müttəfiqlər güclü və hazır olaraq qalırlar.