20:32
4°C
Bakı
Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.
Moderator.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Görüş iki gün davam edəcək.
"Düşünürəm ki, bu, BƏƏ-də ilk üçtərəfli görüş olacaq, sabah və birisi gün keçiriləcək", - Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, bu, tarixdə texniki səviyyədə ilk üçtərəfli görüş olacaq.
Zelenski qeyd edib ki, yanvarın 22-də ABŞ nümayəndə heyəti Moskvaya yola düşəcək.