İspaniyada dəmir yolunda sayca üçüncü insident baş verib, altı nəfər yaralanıb
Dünya
397
22 Jan 2026 | 19:08

İspaniyada dəmir yolunda sayca üçüncü insident baş verib, altı nəfər yaralanıb

İspaniyada son bir həftə ərzində dəmir yolunda sayca 3-cü insident baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Hadisə Kartahena şəhərində qeydə alınıb. İlkin məlumata görə, qatar yola bitişik ərazidə müəyyən işləri yerinə yetirən, lakin dəmir yolunun xidməti ilə əlaqəli olmayan kranın "qoluna" ilişib. Nəticədə altı nəfər yaralanıb.

Qeyd edək ki, yanvarın 18-də axşam İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən "Iryo" qatarı relsdən çıxaraq, əks istiqamətdə hərəkət edən "Alvia" qatarı ilə toqquşub. Qəza nəticəsində 43 nəfər ölüb. Bu, ölkənin müasir tarixində ən dəhşətli dəmir yolu qəzalarından biridir.

Bir neçə gün sonra Gelidada (Barselona) qatar güclü yağışlar səbəbindən relslərə düşmüş divara çırpılıb. Nəticədə maşinist ölüb və 37 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

Link kopyalandı!
Son xəbərlər