20:08
4°C
Bakı
"Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə çalışırlar".
Moderator.az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Volodimir Zelenski ilə görüşündən sonra belə deyib.
"Hər kəs müharibənin bitməsini istəyir", - deyə o, jurnalistlərlə qısa söhbətində bildirib.
D.Tramp, həmçinin V.Zelenski ilə hazırkı təmasının çox yaxşı keçdiyini vurğulayıb.
"Bu, davam edən bir prosesdir", - ABŞ prezidenti Ukraynadakı münaqişənin aradan qaldırılmasına yönəlmiş diplomatik səylər barədə danışarkən deyib.