20:02
4°C
Bakı
Fransa donanması Rusiyanın sanksiyaya məruz qalmış neft tankerini saxlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X”-da bildirib.
Onun sözlərinə görə, saxlanılan neft tankeri saxta bayraq altında üzüb.
Makron əməliyyatın Aralıq dənizində müttəfiq ölkələrin köməyi ilə həyata keçirildiyini qeyd edib.
“Bu əməliyyat Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyasına ciddi şəkildə riayət etməklə həyata keçirilib. Hüquqi araşdırmalar başlayıb”, - Makron qeyd edib.
Fransa Prezidenti Rusiyanın “kölgə donanması”nın fəaliyyətinin Ukraynadakı müharibəni maliyyələşdirməyə kömək etdiyini vurğulayıb.