Ukrayna Prezidenti: Avropanı qoruyacaq müstəqil silahlı qüvvələrə ehtiyac var
Dünya
321
18:49, Bu gün

Ukrayna Prezidenti: Avropanı qoruyacaq müstəqil silahlı qüvvələrə ehtiyac var

Avropanı müdafiə edə biləcək müştərək silahlı qüvvələrin yaradılmasına ehtiyac var.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.

“Bu gün Avropa sadəcə bu fikirdədir ki, əgər təhlükə yaransa, NATO hərəkətə keçəcək. Amma heç kim alyansı əməldə görməyib. Əgər Putin Litvanı almaq qərarı versə, yaxud Polşanı vursa, kim cavab verəcək? NATO bu gün sadəcə ABŞ-ın hərəkətə keçəcəyinə arxalanaraq mövcudluğunu davam etdirir. Amma birdən ABŞ kömək etməsə, onda necə olacaq?”, - Zelenski bildirib.

Link kopyalandı!
Son xəbərlər