Dünya
320
18:45, Bu gün

"Shahed" dronları Ukrayna şəhərləri üzərində deyil, sərhəddə vurulmalıdır" - Ukraynalı deputat

"Rusiyanın dron hücumları şəhərlərə çatır, cavab zərbələri davam edir, əhali isə səssizcə ölkəni tərk edir..."

Ukrayna Ali Radası milli təhlükəsizlik komitəsinin üzvü Roman Kostenko bildirib ki, Rusiya tərəfindən buraxılan "Shahed" dronları şəhərlərə çatmamalıdır.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.

"Shahed" dronları sərhəddə dayandırılmalıdır

Deputat deyib: "Onlar yalnız Ukrayna sərhədini keçən kimi vurulmalıdır". Məqsəd açıqdır: baha başa gələn hücum dronlarını ucuz anti-dron sistemləri ilə məhv edərək, Rusiyaya bu əməliyyatları iqtisadi baxımdan sərf etməz hala gətirmək. Kostenko qeyd edir ki, Ukrayna artıq bu strategiyanın reallaşdırılması üçün antidron dronları, zenit-raket komplekslərinin istehsalıns başlayıb. Beləliklə, 300 dron buraxılsa da, onların əksəriyyəti sərhədi keçmədən məhv ediləcəl.

Şəhərlər qaranlıqda, cavab zərbələri davam edir

Rusiya gecə hücumları ilə Ukraynanın enerji sisteminə zərbə endirib. Odessa, Xarkov və Zaporojye vilayətlərində minlərlə abonent işıqsız qalıb, Kiyev və ətraf bölgələr isə hələ də ən kritik zonalardandır. Energetika Nazirliyi bildirir ki, bərpa işləri yalnız təhlükəsizlik imkan verdiyi ərazilərdə aparılır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri cavab olaraq Rusiya obyektlərinə zərbələr endirib.

Baş Qərargahın məlumatına görə, Krasnodar diyarında "Tamanneftegaz" neft terminalı, işğal altındakı Krımda radar stansiyaları və hərbi anbarlar vurulub. Partlayışlar və yanğınlar qeydə alınıb, dəymiş ziyanın həcmi hələ dəqiqləşdirilir. Bu əməliyyatlar həm strateji, həm də rəmzi əhəmiyyət daşıyır - Ukrayna həm müdafiədə, həm də əks-hücumda effektivliyini göstərir.

Əhali səssizcə ölkədən çıxır

Müharibə fonunda insanlar da səssizcə ölkəni tərk edir. 2025-ci ildə 290,3 min ukraynalı çıxıb və geri dönməyib, bu, 2024-cü ilə nisbətən 1,5 dəfə azdır. Dörd il ərzində isə 3,1 milyon vətəndaş ölkəni tərk edib, bunların 72 faizi müharibənin ilk ilində gedib. Hər gün cəbhədə dronlar uçur, şəhərlər qaranlıqda qalır, insanlar isə səssizcə ölkədən çıxır. Ukrayna həm müdafiə, həm enerji bərpası, həm də əhalinin təhlükəsizliyini təmin etmək üçün gündəlik xaosu idarə etməyə çalışır .

Link kopyalandı!
Son xəbərlər