Rusiya XİN: Tbilisi NATO-ya qoşulmaq ümidlərinin yalan olduğunu anlamağa başlayır
Dünya
114
17:50, Bu gün

Rusiya XİN: Tbilisi NATO-ya qoşulmaq ümidlərinin yalan olduğunu anlamağa başlayır

Tbilisi NATO-ya qoşulmaq ümidlərinin və Aİ ilə yaxınlaşmada "qızıl dağlar" vədlərinin yalan olduğunu anlamağa başlayır.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Qərbin təzyiqinə baxmayaraq, Gürcüstan hakimiyyəti milli maraqlarını müdafiə etməyə hazır olduğunu bəyan edir.

Zaxarova vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq sayəsində Gürcüstan ümumdaxili məhsul və vətəndaşların gəlirlərində rekord artım tempi nümayiş etdirir: "2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6% artaraq 2,7 milyard dollara çatıb".

Link kopyalandı!
Son xəbərlər