XİN: Ermənistan Sülh Şurasına maliyyə töhfəsi olmadan qoşulub
Dünya
140
17:36, Bu gün

XİN: Ermənistan Sülh Şurasına maliyyə töhfəsi olmadan qoşulub

Sülh Şurasının Nizamnaməsi maliyyə töhfələri ilə bağlı könüllü əsaslarla üzvlüyü nəzərdə tutur.

Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan "Ermənistan Sülh Şurasına qoşulmaq üçün nə qədər ödəməlidir" sualını belə şərh edib.

"ABŞ Prezidenti Donald Trampdan dəvət alan dövlət üç ilə qədər müddətdə dəqiq müəyyən edilmiş üzvlük haqqı olmadan Şuraya qoşula bilər, bu müddət bitdikdən sonra bu məsələ müəyyən olunmuş prosedura uyğun olaraq yenidən nəzərdən keçirilməlidir. Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına qoşulmağı təsdiqləyib", - o bildirib.

Link kopyalandı!
Son xəbərlər